Bank Of Baku

Bakıda hind mətbəxi festivalı keçirilib - FOTO

Bakıda hind mətbəxi festivalı keçirilib - <font color=red>FOTO </font>
# 13 iyun 2011 07:24 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. İyunun 12-də Bakıda Hindistan mətbəxi festivalı keçirilib. APA-nın xəbərinə görə, Hindistan-Azərbaycan Assosiasiyası tərəfindən təşkil olunan festivalı Hindistanın Azərbaycandakı səfiri Debnat Şou açıb. O, qonaqları salamlayaraq bu cür festivalların Bakıda ilk dəfə keçirilmədiyini və artıq ənənə halını aldığını söyləyib.

İştirakçılar ənənəvi hind mətbəxi, milli rəqslər və milli geyimlərlə tanış olublar. Arzu edənlər hind zərgərlik məmulatları və kosmetik məhsullar satın alıblar. Tədbir çərçivəsində toplanan vəsaitin bir qismi xeyriyyəçilik məqsədlərinə yönəldiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR