Bank Of Baku

Nəsrəddin Tusinin “Tozlu lövhənin köməyi ilə hesab toplusu” kitabı nəşr olunub

Nəsrəddin Tusinin “Tozlu lövhənin köməyi ilə hesab toplusu” kitabı nəşr olunub
# 13 iyun 2011 07:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. XIII əsrdə yaşamış görkəmli filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas Nəsrəddin Tusinin “Tozlu lövhənin köməyi ilə hesab toplusu” kitabı Azərbaycan və rus dillərində nəşr olunub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitab N. Tusinin 810 illik yubileyi ilə əlaqədar olaraq AMEA Rəyasət Heyətinin qərarı ilə Riyaziyyat və Mexanika İnstitutunda hazırlanıb.
Bu kitab N. Tusinin riyazi irsindən ana dilinə çevrilmiş üçüncü irihəcmli əsəridir. Əsərdə onluq və altmışlıq say sistemlərində hesab əməllərinin yerinə yetirilməsi qaydaları verilib. Bu qaydalardan bəziləri müasir dövrdə riyaziyyat dərsliklərində verilən qaydadan daha aydın və sadədir. Kitab orta məktəb müəllimləri, yuxarı sinif şagirdləri, elm tarixi üzrə mütəxəssislər üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR