Bank Of Baku

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Beynəlxalq Əmək Konfransının 100-cü sessiyasında çıxış edib

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Beynəlxalq Əmək Konfransının 100-cü sessiyasında çıxış edib
# 13 iyun 2011 07:54 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA-Economics. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti iyun ayının 8-dən 12-dək Beynəlxalq Əmək Konfransının 100-cü sessiyasında iştirak etmək məqsədilə Cenevrə şəhərində səfərdə olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, nazir Fizuli Ələkbərov tərəfindən Beynəlxalq Əmək Konfransının 100-cü sessiyasının plenar iclasında edilmiş məruzə tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.

Səfər çərçivəsində iyun ayının 9-da Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru cənab Xuan Somaviya, Məşğulluq sektorunun icraçı direktoru cənab J.M.Salazar-Xirinaçs, Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Syuzan Hofman ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkədə aparılan islahatlar və həyata keçirilən iri layihələr, o cümlədən sosial proqramların geniş tətbiqi nəticəsində son 8 il ərzində yoxsulluğun azaldılması və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər müzakirə olunub. Həmçinin müxtəlif beynəlxalq layihələr çərçivəsində respublikanın regionda uğurlu investisiya fəaliyyəti və ölkənin etibarlı strateji tərəfdaşa çevrildiyi diqqətə çatdırılıb.

BƏT rəsmiləri Azərbaycanda sosial yönümlü büdcənin formalaşdığını, həmçinin təhsil və səhiyyə sahəsində də aparılan islahatları qeyd edərək, insan kapitalının inkişafına və işçi qüvvəsinin yüksək səriştəsi ilə yanaşı, qabaqcıl texnologiyalarının tətbiqinə yönəlmiş müvafiq tədbirlərin həyata keçirilməsi müsbət qiymətləndiriblər.

Görüşlər zamanı məşğulluq proqramının və layiqli əməyin təminatı üzrə ölkə proqramının uğurla həyata keçirildiyi qeyd olunaraq BƏT-in Azərbaycana bu məqsədlə hərtərəfli dəstək göstərəcəyi bildirilib və növbəti ölkə proqramının razılaşdırılması prosesinin tezliklə tamamlanacağına ümidlər ifadə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR