Bank Of Baku

Bakıda marşrut avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var

Bakıda marşrut avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var
# 13 iyun 2011 08:09 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İyunun 12-də Bakının Suraxanı rayonunda yol qəzası baş verib. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, Fəxrəddin Kazımovun idarə etdiyi “Daewoo” markalı 10 TG 252 nömrə nişanlı marşrut avtobusu ilə “KamAZ” markalı 85 CE 336 nömrə nişanlı yük maşını toqquşub. Qəza nəticəsində avtobusun sürücüsü və onun sərnişinləri – Gülnarə Dadaşova, Ülviyyə Dadaşova, Seyidnisə Dadaşova və Sevda Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR