Bank Of Baku

Azərbaycanın bəzi ərazilərində leysan yağacaq, dolu düşəcək

Azərbaycanın bəzi ərazilərində leysan yağacaq, dolu düşəcək
# 13 iyun 2011 08:36 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 24-29, Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 22-23 dərəcə isti olacağı proqnozlaşdırılır.

İyunun 15-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 26-31 dərəcə isti olacaq.

İyunun 14-də Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 16-21, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

İyunun 15-də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti proqnozlaşdırılır.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında iyun ayı üçün səciyyəvi olan temperatur şəraiti və digər biometeoroloji amillərin mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR