Bank Of Baku

Balakən rayonunda baş verən qasırğa nəticəsində iki nəfər xəsarət alıb

Balakən rayonunda baş verən qasırğa nəticəsində iki nəfər xəsarət alıb
# 13 iyun 2011 08:43 (UTC +04:00)
Balakən. Vüqar Heydərov – APA. Azərbaycanın Balakən rayonunda baş verən qasırğa nəticəsində iki nəfər xəsarət alıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yevlax – Zaqatala-Gürcüstan magistralının Balakən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qasırğanın aşırdığı qoz ağacı Balakən rayonunun Qullar kənd sakini, 1975-ci il təvəllüdlü Taralov İlqar Zubey oğlunun idarə etdiyi “VAZ 2102” markalı maşının üstünə düşüb. Sürücü və avtomobildən olan sərnişin - Qullar kənd sakini Bayramov İkin Nəzir oğlu xəsarət alaraq Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. İ. Bayramova ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, kəllə-beyin travması alan İ. Taralov isə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, Balakən və Zaqatala rayonlarında baş verən qasırğa daha 12 avtomobilə ziyan vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR