Bank Of Baku

ABŞ-dan olan tələblər Azərbaycanda “Yay məktəbi” keçəcəklər - FOTO

ABŞ-dan olan tələblər Azərbaycanda “Yay məktəbi” keçəcəklər - <font color=red>FOTO</font>
# 13 iyun 2011 08:50 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) Proqramı üzə Azərbaycan dilini öyrənmək üçün ADU-ya gələn 11 nəfərdən ibarət tələbə qrupu ilə görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rektor tələbələrə universitet haqqında, Azərbaycanın tarixi, coğrafiyası barədə məlumat verib. Onlara Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb. Tələbələrə 8 həftə ərzində Azərbaycanın həm tarixi, həm coğrafiyası, həm iqtisadiyyatı, həmçinin mədəniyyəti, incəsənəti , musiqisi, hətta mətbəxi haqqında biliklərə sahib olacaqlarını söyləyib.

Bu ilin Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrində bilən tələbələr daxildir. Proqrama ev sahibliyini ADU edəcək. Proqram həftədə azı 20 saat olmaqla qruplarda keçirilən intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim edir. Bu ilki Önəmli Dil Tələbələri Azərbaycan dili də daxil olmaqla 14 prioritet dili öyrənən 575 ABŞ bakalavr və magistr tələbələrinin arasındadırlar. Onlar meyarlı seçim prosesində 5200 ərizəçi arasından seçiliblər.
2006-cı ildə ABŞ Dövlət Departamenti amerikalı tələbələrin xarici ölkələrdə önəmli dilləri öyrənmək imkanlarını artırmaq məqsədilə İntensiv Yay İnstitutları üçün Önəmli Dil Təqaüdləri Proqramını başladıb. Proqram ABŞ dövlətinin Azərbaycan dili kimi önəmli dilləri öyrənən və inkişaf etdirən amerikalıların sayını artırmaq təşəbbüsünün bir hissəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR