Bank Of Baku

Təhsil Nazirliyinin şöbə müdiri: “Məktəblilər üçün böyük düşərgə şəbəkəsi yaradılmalıdır”

Təhsil Nazirliyinin şöbə müdiri: “Məktəblilər üçün böyük düşərgə şəbəkəsi yaradılmalıdır”
# 13 iyun 2011 09:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Ölkədə, xüsusilə havaların sərin keçdiyi zonalarda məktəblilər üçün böyük düşərgə şəbəkəsi yaradılmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda 1 milyon 400 min məktəbli var, belə düşərgələrin yaradılması zəruridir”. Bu sözləri APA-ya açıqlamasında Təhsil Nazirliyinin məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov deyib.

A. İbrahimov bildirib ki, belə düşərgələrin yaradılması üçün dəniz kənarında, yaxud Quba, Qusar, Xaçmaz, İsmayıllı, Oğuz, Şəki kimi yayı sərin keçən rayonların birində torpaq sahəsi ayrılmalıdır: “Bunun üçün böyük vəsait lazımdır. Bu düşərgələr Gənclər və İdman, Mədəniyyət və Turizm, İqtisadi İnkişaf, Səhiyyə nazirliklərinin, Həmkarlar İttifaqları Konfederasiyasının və digər dövlət qurumlarının bircə səyi ilə yaradıla bilər. İş adamları da bu işə cəlb edilməlidir. Yəqin ki, gələcəkdə digər əhəmiyyətli layihələr kimi, bu cür layihə də hazırlanacaq və həyata keçiriləcək”.

Şöbə müdirinin sözlərinə görə, düşərgələr elə formada yaradılmalıdır ki, ilboyu fəaliyyət göstərə bilsinlər, orada müxtəlif yarışlar, çempionatlar, seminarlar, treninqlər keçirilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR