Bank Of Baku

BAMF-nin departament rəhbəri beynəlxalq tədbirlərdə iştirak edib - FOTO

BAMF-nin departament rəhbəri beynəlxalq tədbirlərdə iştirak edib - <font color=red>FOTO</font>
# 13 iyun 2011 10:10 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) beynəlxalq əlaqələr və proqramlar departamentinin rəhbəri Nik Nvolisa 2 beynəlxalq tədbirdə iştirak edib.
BAMF-ın informasiya departamentindən APA-ya verilən məlumata görə, o, əvvəlcə ABŞ-da, BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahında olub. N.Novolisa burada BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) toplantısında iştirak etdiyini deyib. O, bildirib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu 2007-ci ildən BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) məşvərətçi səs hüquqlu üzvüdür: “Biz daima bu mötəbər təşkilatın təbirlərində yaxından iştirak edirik. Bu dəfə ECOSOC-un QHT-lər üzrə komissiyasının növbəti sessiyası keçirilirdi. Mən həmin tədbirdə iştirak etdim. Yeri gəlmişkən qeyd edim ki, bu qurumun 19 üzvü var və son 4 ildə komissiyaya Türkiyə nümayəndəliyi rəhbərlik edib. Sessiyada bir çox məsələlər müzakirə olundu, o cümlədən ECOSOC-a üzv olmaq istəyən xeyli ölkənin QHT-lərin ərizələrinə baxıldı, məsləhətləşmələr aparıldı. Bir neçə QHT ECOSOC-un müxtəlif statuslu üzvlüyünə qəbul olundular”.
N.Nvolisa BAMF-ın 2009-cu ildə BMT-nin Azərbaycan üzrə agentliklərinin 2015-ci ilə kimi fəaliyyəti proqramının hazırlayan birgə işçi qrupunda fəaliyyət göstərməsini, bir neçə təkliflərlə çıxış etdiyini də xatırladıb. ABŞ səfərinin ardınca N. Nvolisa Tacikistanın paytaxtı Düşənbədə əlillərlə bağlı keçirilən “Əlillərə dəstək” regional seminarında iştirak edib. Seminarda “Handicap İnternational” ın Lion, Cenevrə və yerli ofisləri, “Beynəlxalq Qırmızı Xaç Komitəsi”, “İnternational Committee to Ban landmines”, BMT - nin agentlikləri və donor təşkilatlar iştirak edib. Seminar zamanı əlillərə şamil olunmuş beynəlxalq hüquq və sazişlərə, həmçinin onlara aid ən yaxşı təcrübələrə həsr olunmuş təqdimatlar keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR