Bank Of Baku

Zaqatalada “Tarixi şəhərlərdə mədəni irsin bərpası” mövzusunda seminar keçirilir

Zaqatalada “Tarixi şəhərlərdə mədəni irsin bərpası” mövzusunda seminar keçirilir
# 13 iyun 2011 10:58 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda “Tarixi şəhərlərdə mədəni irsin bərpası” mövzusunda seminar keçirilir. APA-nın yerli bürosunun məlumatına görə, tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutub. İki gün davam edəcək seminarda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun əməkdaşları, Azərbaycanın 10 rayonundan olan, mədəni irs sahəsində çalışan mütəxəssislər, Bərdə, Qazax, Göygöl, Quba, Qax, Lənkəran, Ordubad, Şəki, Şəmkir və Zaqatala rayonlarının icra başçılarının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavinləri, qeyd edilən rayonların baş memarları və mədəniyyət və turizm üzrə şöbə müdirləri iştirak edirlər. Seminar Avropa Şurasının “Kiyev Təşəbbüsü Regional Proqramı” çərçivəsində həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR