Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatı: Hər il dünyada donorlar tərəfindən 92 milyon dəfə qan verilir

Ümumdünya Səhiyyə Təşkilatı: Hər il dünyada donorlar tərəfindən 92 milyon dəfə qan verilir
# 13 iyun 2011 12:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. 14 iyun Ümumdünya Qan Donoru Günüdür. Belə xüsusi günün təsis olunması bu problemin həllində ümumbəşəri səyləri birləşdirmə zərurətindən meydana çıxıb. Bu haqda APA-ya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin fövqəladə hallar üzrə hazırlıq və cavab vermə proqramı üzrə mütəxəssisi Samir Mehdiyev məlumat verib. Onun sözlərinə görə, hər il 159 ölkə donorları haqqında ÜST-ə hesabat verir: “Hər il dünyada donorlar tərəfindən 92 milyon dəfə qan verilir. Bunun 45 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür”. S. Mehdiyev bildirib ki, könüllü, təmənnasız donorlar təhlükəsiz qan təminatının əsasını təşkil edirlər: “Təşkilatın əsas məqsədi odur ki, 2020-ci ilədək dünyada qan verən donorların hamısı könüllü donorlar olsunlar. Çünki, belə donarlar sağlam olduqlarından onlardan alınan qanlar da keyfiyyətli olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR