Bank Of Baku

Azərbaycanla Almaniya arasında nüvə sahəsində əməkdaşlıq və kadr hazırlığını nəzərdə tutan niyyət protokolu imzalanacaq

Azərbaycanla Almaniya arasında nüvə sahəsində əməkdaşlıq və kadr hazırlığını nəzərdə tutan niyyət protokolu imzalanacaq
# 13 iyun 2011 15:06 (UTC +04:00)
Bu barədə APA-ya iyunun 5-dən 11-dək Almaniyada səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, səfər çərçivəsində Almaniyanın Maynts Universitetinin və Münhen Texniki Universitetinin nəzdində olan 20 MVt-lıq reaktorlarda olaraq onların iş rejimləri, aparılan təcrübələrlə, tədris proseslərinin gedişi ilə tanış olub: “Almaniyada işlənilən yeni növ tədqiqat nüvə reaktorlarının tipləri, onların istifadə qaydaları, onlarda aparılan ölçü və tədqiqat kanallarının yeni konfiqurasiyası ilə tanış olduq. Bütün bu nəticələr gələcəkdə Azərbaycanda bu sahədə elmi-tədqiqat işlərinin aparılmasında böyük köməklik göstərəcək”.

A. Qəribov deyib ki, səfərin sonunda Münhen Texniki Universiteti, eyni zamanda Almaniyanın fizika və kimya İnstitutları ilə AMEA Radiasiya Problemləri İnstitutu arasında birgə elmi əməkdaşlıq və kadr hazırlığının aparılmasını nəzərdə tutan niyyət protokolunun hazırlanması qərara alınıb. Hazırda protokolun ilkin variantları işlənilir. Daha sonra tərəflər bunu müzakirə edəcək, ilin sonunadək isə protokolun imzalanması başa çatacaq.

Azərbaycan və Almaniya alimləri hər iki ölkənin maraqlarının birləşdiyi birgə elmi əməkdaşlıq istiqamətlərini də müzakirə ediblər: “Almaniya ilə radiasiya materialşünaslığı, yeni materialların alınması, müxtəlif materialların işlənilməsi və onların xassələrinin modifikasiya olunması, polimer və rezin məmulatlarının alınması, izotop istehsalı sahələrində birgə elmi tədqiqat işləri aparılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR