Bank Of Baku

Təhsil naziri məktəb direktorlarının valideyn-müəllim assosiasiyalarının işinə müdaxilə etdiyini bildirib

Təhsil naziri məktəb direktorlarının valideyn-müəllim assosiasiyalarının işinə müdaxilə etdiyini bildirib
# 13 iyun 2011 15:10 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyində Bakı şəhərinin ümumtəhsil məktəblərində fəaliyyət göstərən valideyn-müəllim assosiasiyalarının fəal üzvləri ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, hazırda ölkədəki 4500-dən artıq ümumtəhsil məktəbinin 1480-də valideyn-müəllim assosiasiyaları fəaliyyət göstərir. Nazir bir sıra təhsil ocaqlarında məktəb direktorlarının assosiasiyaların işinə açıq müdaxilə etməsindən təəssüfləndiyini deyib. O qeyd edib ki, bu qurumların əsas məqsədi valideynləri məktəblə daha sıx əməkdaşlığa cəlb etmək, müəllimlərin seçilməsində, dərs bölgüsündə, dərs cədvəlinin tərtibində, şagirdlərin qəbulunda təhsil ocaqlarına yardımçı olmaqdır.

Nazir VMA üzvü olan valideyn və müəllimlərin bir qrupunun Təhsil Nazirliyinin fəxri fərmanları və “Qabaqcıl təhsil işçisi” döş nişanları ilə təltif olunduğunu da açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR