Bank Of Baku

“Xəmsə” milli intellektual oyunu beynəlxalq yarışlar siyahısına daxil edilib

“Xəmsə” milli intellektual oyunu beynəlxalq yarışlar siyahısına daxil edilib
# 14 iyun 2011 08:00 (UTC +04:00)
Bakı – APA. İyulun 29-31-də “XIII Cənubi Qafqaz İntellektual oyunları” üzrə çempionat keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çempionatın rəsmi yarışlar siyahısına Xəmsə” Milli İntellektual turniri də daxil edilib.

İntellektuallar “Nə? Harada? Nə zaman?”, “Breyn-rinq” və “Fərdi oyun” yarışmaları ilə birgə, eyni zamanda “Xəmsə” oyunu üzrə də Cənubi Qafqaz çempionu seçilə biləcəklər. Növbəti aylarda isə “Xəmsə”nin başqa mötəbər yarışlarda da təqdimatı və “Xəmsə” üzrə beynəlxalq yarışmaların keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR