Bank Of Baku

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan paytaxtında konsert və atəşfəşanlıq olacaq

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan paytaxtında konsert və atəşfəşanlıq olacaq
# 14 iyun 2011 08:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Dənizkənarı Milli Parkda, “Saat qülləsi”nin yanında konsert proqramı və möhtəşəm atəşfəşanlıq təşkil edəcək. Bu barədə APA-ya BŞİH-in mətbuat xidmətindən məlumat verilib.

Konsert saat 21.00-da tanınmış incəsənət ustalarının iştirakı ilə keçiriləcək. Atəşfəşanlıq isə saat 23.00-da olacaq.

BŞİH paytaxt sakinlərini və şəhərin qonaqlarını bayram şənliyinə dəvət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR