Bank Of Baku

Azərbaycanda ali məktəblərin magistraturasına ixtisas seçimi sabah başa çatır

Azərbaycanda ali məktəblərin magistraturasına ixtisas seçimi sabah başa çatır
# 14 iyun 2011 09:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək istəyən 4752 bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, onlardan 4132 nəfəri Azərbaycan, 620 nəfəri rus bölməsinin bakalavrıdır: “Bu məlumat bu gün saat 12.00-a olan rəqəmdir. Magistraturaya ixtisas seçimi sabah saat 10.00-da başa çatacaq, amma hələ 3200-dən artıq bakalavr öz ixtisas seçimini təsdiqləməyib”.

Qeyd edək ki, magistraturaya qəbul imtahanlarının ikinci mərhələsində 8000 bakalavrın iştirak hüququ var. Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 26-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR