Bank Of Baku

Güclü leysan və dolu Qubanın bir sıra kəndlərində ciddi fəsadlar törədib

Güclü leysan və dolu  Qubanın bir sıra kəndlərində ciddi fəsadlar törədib
# 14 iyun 2011 10:01 (UTC +04:00)
Quba. Zaur Quliyev - APA. Güclü leysan və dolu Quba rayonunun bir sıra kəndlərində ciddi fəsadlar törədib. Yerli sakinlərin APA-nın şimal bürosuna verdiyi məlumata görə Qubanın Çiçi kəndinə yağan dolu nəticəsində sululuğu artan Şabran çayı məcrasından çıxaraq 4 körpünü yararsız hala salıb, bir neçə təsərrüfat sahəsini tamamilə yuyub. Güclü leysan yağışları dağ kəndlərinə gedən yollarda da ciddi problemlər yaradıb. Bu səbəbdən də kənd sakinləri mənzil başına çatmaq üçün xeyli yolu piyada getmək məcburiyyətində qalıblar. Kənd bələdiyyəsinin sədri Arif Ömərov APA-nın yerli müxbirinə bildirib ki, gələcəkdə daha ciddi fəsadları önləmək üçün rayon rəhbərliyi qarşısında məsələ qaldırılıb.
Dağ kəndlərində isə hələ də qeyri-sabit hava şəraiti hökm sürür. Quba Regional Hidrometeorologiya Müəssisəsinin direktor müavini Aliyə Ələkbərova bu cür hava şəraitinin ayın 15-dək davam edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR