Bank Of Baku

Bakıda “Şərq Tərəfdaşlığı” Gənclər Forumu keçirilib

Bakıda “Şərq Tərəfdaşlığı” Gənclər Forumu keçirilib
# 14 iyun 2011 10:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Şərq Tərəfdaşlığı” Gənclər Forumu keçirib. APA-nın məlumatına görə, forumda Avropanın müxtəlif ölkələrindən və Azərbaycandan gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Forumda çıxış edən ictimai birliyin sədri Vüqar Əhmədov bildirib ki, forumun əsas məqsədi gənclər arasında “Şərq Tərəfdaşlığı” təşəbbüsü ideyası yaymaq və gəncləri bu ideyanın həyata keçirilməsinə fəal cəlb etməkdir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə deyib ki, Azərbaycan beynəlxalq aləmə inteqrasiya olunub və iqtisadi inkişaf baxımından güclü ölkəyə çevrilib: “2004-cü ildən Azərbaycan Avropa Qonşuluq Siyasətinə qoşulub. İndi isə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı “Şərq Tərəfdaşlığı” çərçivəsində davam edir”.

Nazir müavini bəyan edib ki, forum zamanı Avropa Qonşuluq Siyasətinin qarşıya qoyduğu Fəaliyyət Planının icrası, boşluqların aradan qaldırılması, effektiv icra mexanizmlərinin Azərbaycana gətirilməsi, “Şərq Tərəfdaşlığı”na daxil olan ölkələrdə mövcud problemlərin həlli yollarının tapılmasına gənclərin fəal cəlb olunması ətrafında müzakirələrin aparılması və tövsiyə sənədlərinin hazırlanması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR