Bank Of Baku

Azərbaycanda 2000-2300 məhkum azadlığa buraxılacaq, 17 cəzaçəkmə müəssisəsi ləğv olunacaq

Azərbaycanda 2000-2300 məhkum azadlığa buraxılacaq, 17 cəzaçəkmə müəssisəsi ləğv olunacaq
# 14 iyun 2011 11:25 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Azərbaycanda 17 xüsusi tipli cəzaçəkmə müəssisəsi var. Azadlığın məhdudlaşdırılması cəzası ləğv edildiyindən həmin müəssisələr bağlanacaq”. APA-nın xəbərinə görə, bunu ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib. Nazir müavini həmin müəssisələrin rüşvətxorluğa yol açdığını bildirib: “Hal-hazırda Azərbaycanda 2000-2300 azadlığı məhdudlaşdırılan məhkum var. Onlar həmin qanun qəbul olunduğu üçün azadlığa buraxılacaqlar”.

M. Quliyev Azərbaycanın cəzaçəkmə müəssisələrində 24 əlil məhkumun olduğunu bildirib: “Biz onların hər birinin protezlərlə təmin olunması üçün tədbirlərə başlamışıq. Bəzi əlil məhkumların əlillik sənədləri yoxdur. Artıq onların sənədlərinin qaydaya salınması üçün də göstəriş verilib”.

Penitensiar Xidmətin rəisi şəkərli diabetdən əziyyət çəkən məhkumların xüsusi reseptlərlə hazırlanan yeməklərlə təmin olunduğunu da qeyd edib. O, Penitensiar Xidmətdə 65 yaşına çatan əməkdaşın olmadığını da bildirib: “Bizdə ən yaşlı əməkdaşın 58 yaşı var. Təqaüdə göndərilən əməkdaşlar tələblərə cavab vermədikləri üçün vəzifədən azad olunurlar. Cavan əməkdaşlarımız da vəzifə borcunu yerinə yetirə bilmirsə, təqaüdə göndərilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR