Bank Of Baku

Azərbaycanda şadlıq evlərindən götürülən nümunələrdə mikrobioloji çirklənmə aşkarlanıb

Azərbaycanda şadlıq evlərindən götürülən nümunələrdə mikrobioloji çirklənmə aşkarlanıb
# 14 iyun 2011 11:32 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanın sanitar-epidemioloji xidmət orqanları tərəfindən bu ilin 5 ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitar norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 225 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nəticədə 112 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 41 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 2650, mikrobioloji göstəricilərinə görə 1409, toksikoloji göstəricilərinə görə 296, radioloji göstəricilərinə görə 61 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 31-də orqanoleptik və fiziki-kimyəvi, 29-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.
Şadlıq evlərindən 5805 yaxma nümunəsi, 81 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 84-də mikrobioloji çirklənmə aşkar edilib. 5 ay ərzində əhali arasında 258 qida zəhərlənməsi hadisəsi baş verib, 325 nəfər zərərçəkən olub. O cümlədən 17 botulizm hadisəsi baş verib, bundan 35 nəfər zərərçəkən olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR