Bank Of Baku

Bakı Dövlət Universitetində Qurtuluş günü qeyd edilib

Bakı Dövlət Universitetində Qurtuluş günü qeyd edilib
# 14 iyun 2011 11:46 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Qurtuluş günü münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Abel Məhərrəmov bildirib ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün böyük bir bayram, möhtəşəm bir tarixi hadisədir: “Heydər Əliyev hakimiyyətdə olduğu bütün illərdə Azərbaycanın intibahı üçün çalışıb, Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə qaldırıb, doğma Vətənini hər yerdə ləyaqətlə təmsil edib. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan fəlakət və xaosdan xilas olub, dövlət çevrilişlərinə cəhdlərin qarşısı alınıb. Həmin illərdə “Əsrin müqavilə”si imzalandı, Azərbaycan dünyanın ən iri dövlətləri və beynəlxalq qurumları tərəfindən etiraf olundu”.

Tədbirdə çıxış edən YAP-ın icra katibi Əli Əhmədov, akademik Vasim Məmmədəliyev və digər qonaqlar Qurtuluş gününün əhəmiyyətindən və Heydər Əliyevin fəaliyyətindən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR