Bank Of Baku

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin III Ümumrespublika qurultayı keçirilib

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin III Ümumrespublika qurultayı keçirilib
# 14 iyun 2011 11:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin III Ümumrespublika qurultayı keçirilib. APA-nın məlumatına görə, qurultayın gündəliyi elan olunub. Sonra yığıncaqda təşkilatın sədri, Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri və digər rəhbər strukturların başçıları 5 illik fəaliyyətləri ilə bağlı hesabat xarakterli çıxış ediblər. Birliyin sədri Mehdi Mehdiyev deyib ki, bu qurum müharibə veteranı olan 60 min nəfəri özündə birləşdirir. Ötən müddətdə 2 mindən çox Qarabağ müharibəsi əlilinə və şəhid ailəsinə mənzil verilib. Eyni zamanda 2 mindən çox Qarabağ müharibəsi əlilinə pulsuz minik avtomobili paylanıb. Yüzlərlə əlilin xaricdə və ölkə daxilində müalicəsi təşkil edilib. Həmçinin Bakıda və kənd rayonlarında əlillərin tibbi reabilitasiyası mərkəzləri də yaradılıb. M. Mehdiyev qurumun fəaliyyətində neqativ halların olduğunu da diqqətə çatdırıb. O deyib ki, rayon şöbələrinin rəhbərləri birliyi vicdanla təmsil etməli və dövlətin qayğısının yerlədə vətəndaşlara çatdırılmasına dəstək olmalıdırlar.

Yığıncaqda birliyin Nəzarət-Təftiş Komissiyasının rəhbəri və digər qurum üzvləri də hesabat veriblər. Sonra qurultayda açıq səsvermə yolu ilə seçki keçirilib. Birliyin İdarə Heyətinə (İH) 19 və NTK-ya isə 5 nəfər seçilib. İdarə Heyətinin yığıncağında isə Mehdi Mehdiyevin növbəti müddətə qurumun sədri vəzifəsinə namizədliyi dəstəklənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR