Bank Of Baku

Abel Məhərrəmov: “Biz nəsil dəyişikliyinə hazır deyilik”

Abel Məhərrəmov: “Biz nəsil dəyişikliyinə hazır deyilik”
# 14 iyun 2011 12:03 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Avropa dövlətlərində yaş senzi varsa, bu, Azərbaycanda da olacaq. Amma biz nəsil dəyişikliyinə hələ tam hazır deyilik. Tədricən cavan nəsil bizi əvəz etməlidir. Biz müəyyən yaş dövründə bu estafeti gənclərə verəcəyik”. APA-nın məlumatına görə, bunu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov yaş senzinin ali təhsil müəssisələrinə şamil edilməməsi və dövlət tərəfindən elmi işçilərə edilən güzəştlərlə bağlı bildirib.

A. Məhərrəmov Azərbaycan prezidentini yaşlı nəslin hüquqi himayədarı adlandırıb: “Prezidentimiz yaşlı elmi işçiləri, tanınmış ziyalıları narahatlıqdan, təşvişdən qurtardı. Onun bu qayğısı təkcə Azərbaycan təhsilinə deyil, bütövlükdə elmimizə, Azərbaycan ziyalılığına ünvanlanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR