Bank Of Baku

Azərbaycanda ali məktəblərin magistraturasına ixtisas seçiminin vaxtı uzadılıb

Azərbaycanda ali məktəblərin magistraturasına ixtisas seçiminin vaxtı uzadılıb
# 14 iyun 2011 12:05 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistraturalarına 20 fevral 2011-ci il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrların proqram və ixtisaslaşma seçimi etmələri üçün nəzərdə tutulan vaxt iyunun 16-sı saat 11.00-dək artırılıb.

İmtahanın ikinci mərhələsinə buraxılmış bakalavrlardan qeyd olunan tarixədək internetlə proqram və ixtisaslaşma seçimi etməyənlər iyunun 26-da keçiriləcək magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak edə bilməyəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR