Bank Of Baku

Azərbaycan paytaxtında bu il 8955 uşaq məktəbəqədər təhsilə cəlb edilib

Azərbaycan paytaxtında bu il 8955 uşaq məktəbəqədər təhsilə cəlb edilib
# 14 iyun 2011 12:38 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. 2006-2011-ci illər üzrə Bakıda 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunma dinamikasında artım qeydə alınıb. Bu haqda APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib. 2006-cı ildə məktəbəqədər təhsil müəssisələrində 209 qrupda bu yaş qrupundan olan uşaqların sayı 2058 nəfər olubsa, 2007-ci ildə bu rəqəm 4382-yə, 2008-ci ildə 5966-ya, 2009-cu ildə 7746-ya yüksəlib. 2011-ci ilin statistikasına əsasən, bu müəssisələrdə 8955 uşaq məktəbəqədər təhsilə cəlb edilib.

“Məktəbəqədər təhsilin inkişaf proqramı”nın yerinə yetirilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə uyğun olaraq 8 məktəbəqədər təhsil müəssisəsində qısamüddətli hazırlıq qrupları da təşkil edilib. Nazirlər Kabinetinin xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb edilməsi barədə qərarına əsasən, 7 məktəbəqədər təhsil müəssisəsində inklüziv qruplar açılıb və 55 uşaq təhsilə cəlb edilib.

Ümumilikdə məktəbəqədər təhsil müəssisələrinə cəlb edilən uşaqların sayında da artım qeydə alınıb. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan 308 məktəbəqədər təhsil müəssisəsində 1536 qrupda 34372 uşaq tərbiyə alır.

Son vaxtlar Suraxanı, Binəqədi, Qaradağ və Xətai rayonunda yeni uşaq bağçaları istifadəyə verilib. Yeni istifadə verilən uşaq bağçalarında 71 qrupda 1370 uşaq tərbiyəyə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR