Bank Of Baku

Təhsil Nazirliyində müşavirə keçirilib

Təhsil Nazirliyində müşavirə keçirilib
# 14 iyun 2011 13:10 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Təhsil Nazirliyində nazirliyin tabeliyində olan orta təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov 2010-2011-ci tədris ilinin uğurla başa çatdığını bildirib.
M. Mərdanov "Ən yaxşı müəllim" və "Ən yaxşı məktəb" müsabiqələrində birbaşa nazirliyin tabeliyində olan orta təhsil müəssisələrinin fəal iştirak etdiyini nəzərə çatdırıb. O, bu tədris ocaqlarında çalışan müəllimlərin builki "Ən yaxşı müəllim" müsabiqəsində göstərdiyi nəticələrdən söz açıb.
Azərbaycan Prezidenti tərəfindən ölkə təhsilinin inkişafına xüsusi qayğı göstərildiyini bildirən nazir orta təhsil müəssisələrinin bütün ehtiyaclarının vaxtında ödənilməsinin vacibliyini qeyd edib. M. Mərdanov bununla bağlı müvafiq tapşırıqlar verib. Nazir I siniflərə qəbul, yuxarı sinif şagirdlərinin yerdəyişməsi, müəllim-şagird nisbəti və siniflərdə şagirdlərin sıxlığı ilə bağlı fikirlərini bildirib.
Sonra birbaşa nazirliyin tabeliyində olan lisey və gimnaziya direktorları rəhbərlik etdikləri təhsil müəssisələrinin mövcud vəziyyəti, görüləcək işlər barədə məlumat verib, müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR