Bank Of Baku

“Şıx” və “Sahil” çimərliklərində bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıqdır

“Şıx” və “Sahil” çimərliklərində bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıqdır
# 14 iyun 2011 14:32 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimuma düşüb. Aparılan tədqiqatların nəticələrinə görə, qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.

Belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilib.

Bu ilin may ayı və iyun ayının birinci ongünlüyündə Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində aparılan mikrobioloji təhlillər zamanı mikrobioloji baxımdan bağırsaq çöpü bakteriyalarının miqdarı normadan dəfələrlə artıq təyin edilib. Lakin ETSN tərəfindən modul tipli təmizləyici qurğular quraşdırıldıqdan sonra həmin ərazilərdə mütəmadi keçirilən monitorinqlər nəticəsində çirklilik dərəcəsinin tədricən azalması qeydə alınıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan təhlillərin nəticələrinə görə də qeyd olunan çimərlik ərazilərində çirklənmə dərəcəsi artıq norma daxilindədir. ETSN və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarının minimum həddə çatdığını təsdiq edir. Beləliklə, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı norma həddinə çatıb.

ETSN tərəfindən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələrinə görə, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Sahil qəsəbəsinin “Sahil” və “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR