Bank Of Baku

FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda baş vermiş yanğınla bağlı məlumat açıqlayıb

FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda baş vermiş yanğınla bağlı məlumat açıqlayıb
# 14 iyun 2011 15:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Heydər Əliyev adına Neft Emalı Zavodunda bu gün baş vermiş yanğınla bağlı məlumat açıqlayıb. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zavodun istehsalat sahəsində benzin borusunda təmir işləri aparılan zaman baş verib. Nəticədə, həmin borudan ətrafa dağılmış benzin və borunun şüşə-pambıq izolyasiyası 4 kvadratmetr sahədə yanıb, təmir işləri aparan 2 nəfər yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıb.

Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən istehsalat sahəsi yanğından mühafizə olunub və yanğın saat 09:38-də söndürülüb. İlkin ehtimala görə, yanğına təmir işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR