Bank Of Baku

4 saylı cəzaçəkmə müəssisəsində Respublika günü münasibətilə tədbir keçirilib

4 saylı cəzaçəkmə müəssisəsində Respublika günü münasibətilə tədbir keçirilib
# 29 may 2012 16:33 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində 28 May - Respublika günü münasibətilə Milli Olimpiya Komitəsi və “Olimpiya Dünyası” qəzetinin redaksiyası ilə birgə tədbir keçirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin, Milli Olimpiya Komitəsinin və “Olimpiya Dünyası” qəzetinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev Respublika gününün tarixi barədə məlumat verib. Milli Olimpiya Komitəsinin nümayəndəsi Murad Fərzəliyev isə bayram münasibətilə məhkum qadınları təbrik edib.

Məhkumlar hərəsində 8 nəfər olmaqla 3 komandada - “Azərbaycan”, “Qarabağ” və “Odlar Yurdu” komandalarında yarışlarda iştirak ediblər. Yekunda qalib komandaya hədiyyələr və iştirakçılara Milli Olimpiya komitəsi tərəfindən sertifikatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR