Bank Of Baku

Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının və ali məktəb işçiləri arasında keçirilən spartakiadanın qalibləri mükafatlandırılıb - FOTO

Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının və ali məktəb işçiləri arasında keçirilən spartakiadanın qalibləri mükafatlandırılıb - <font color=red>FOTO</font>
# 30 may 2012 09:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ali məktəb tələbələrinin Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan bədii yaradıcılıq festivalının və ali məktəb işçiləri arasında keçirilən spartakiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşəbbüsü ilə keçirilən yarışmanın mükafatlandırma tədbirində ATİAHİ Respublika Komitəsinin sədri Səttar Mehbalıyev və təhsil nazirinin müavini Qulu Novruzov çıxış edərək müsabiqənin keçirilməsinin məqsədi barədə danışıblar.

Tədbirdə bildirilib ki, festivalının keçirilməsində məqsəd tələbələri milli vətənpərvərlik, Azərbaycan mədəniyyətinə, incəsənətinə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək olub.

Sonda bədii yaradıcılıq festivalının və spartakiadanın qalibləri mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR