Bank Of Baku

Respublikanın baş pediatrı: “Hazırda pediatriyanın ən aktual problemi körpələrin normal və düzgün qidalanmasıdır” - FOTO

Respublikanın baş pediatrı: “Hazırda pediatriyanın ən aktual problemi körpələrin normal və düzgün qidalanmasıdır” - <font color=red>FOTO</font>
# 30 may 2012 09:58 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Körpələrin bəslənməsində və sağlamlığının təmin olunmasında ana südünün əhəmiyyəti” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən institutun direktoru, Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib ki, 1992-ci ildə Azərbaycanda 1 yaşadək körpələrin ana südü ilə qidalanması göstəricisi 25 faiz olub. Amma son 20 ildə bu göstərici 50 faizə yaxınlaşıb. N. Quliyevin sözlərinə görə, süni qida qatışıqlarının təbliğatı ən çox Azərbaycanda SSRİ dövründə olub. Baş pediatr qeyd edib ki, o zamanlar belə xoşagəlməyən təbliğat aparılırdı: “Onun nəticəsində hələ o zamanlar bu hal zirvəyə çatdı. Amma artıq biz fəlakət halından uzaqlaşırıq. Ana südü ilə qidalanma üzrə vəziyyət getdikcə yaxşılaşır”.
N. Quliyevin sözlərinə görə, uşaqların ana südü ilə qidalanmamasının əsas səbəbi subyektiv amillərlə bağlıdır: “Bu amillərin əsasında ananın öz uşağına südünü vermək istəməməsi durur. Hazırda pediatriyanın ən aktual problemi körpələrin normal və düzgün qidalanmasıdır. Uşaq qidası satanların çoxu süni qida qatışığını ana südünün əvəzedicisi kimi qəbul edirlər. Ancaq bu, belə deyil. Ana südünü heç bir qida qatışığı əvəz edə bilməz”.

Baş pediatr əmziklərin ziyanından da danışıb. O deyib ki, əmziklər uşaqlarda ağız boşluğu və mədə-bağırsaq sistemi xəstəliklərin yaranmasına təsir göstərir. Əmziklərin uşaqlar üçün çox ziyanlı olduğunu deyən baş pediatr bildirib ki, əmzik əmən uşaqlarda dişlərin çıxması zamanı deformasiya yaranır, çeynəmə əzələləri yorulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR