Bank Of Baku

BDU-da Ziya Bünyadovla bağlı elmi konfrans keçirilib

BDU-da Ziya Bünyadovla bağlı elmi konfrans keçirilib
# 30 may 2012 11:54 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Bakı Dövlət Universitetində (BDU) “Ziya Bünyadov görkəmli Azərbaycan tarixçisi və şərqşünas alimdir” mövzusunda respublika elmi konfransı keçirilib. APA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov görkəmli alimin həyat yolundan və Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərdən danışıb: “Ziya Bünyadovun xüsusi keyfiyyəti ondan ibarətdir ki, hərbçi zabit, qəhrəman döyüşçü keyfiyyətləri ilə yanaşı, İkinci Dünya müharibəsi bitdikdən sonra özünü elmə həsr edib. Onda olan həqiqi fitri istedad onu böyük elmə gətirib çıxarıb. O, alimlərin, akademiklərin, professorların içərisində öz elmi yaradıcılığına, prinsipiallığına görə seçilən bir alim idi. Azərbaycan tarixinin öyrənilməsində və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onun misilsiz xidmətləri olub. Ziya Bünyadov Moskvada yüksək ali təhsil aldıqdan sonra Azərbaycanda 50-ci illərin əvvəlindən ömrünün sonunadək elmimizin inkişafında əvəzsiz xidmətlər göstərib və elmi məktəb yaradıb. Onun yaratdığı elmi məktəb bu gün də davam etdirilir”.

Sonra konfransda ilahiyyat fakültəsinin dekanı, akademik Vasif Məmmədəliyev alimin həyat və yaradıcılığı mövzusunda məruzə edib.

Konfrans görkəmli alimlə bağlı çıxış və xatirələrlə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR