Bank Of Baku

Azərbaycanda ilk dəfə “Tullantıdan Sənətə” adlı beynəlxalq sərgi keçirilir

Azərbaycanda ilk dəfə “Tullantıdan Sənətə” adlı beynəlxalq sərgi keçirilir
# 30 may 2012 14:04 (UTC +04:00)
Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, sərgidə məişət tullantılarından müxtəlif sənət nümunələri hazırlanaraq sərgi iştirakçılarına nümayiş etdiriləcək. İnsanları israfdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirmək kimi mövzular sərginin əsas süjet xəttini təşkil edir. Sərgidə ən bəsit və lazımsız materiallardan – tullantılardan istifadə etməklə hazırlanmış heyranedici sənət əsərləri tədbir iştirakçılarının böyük marağına səbəb olacaq. Tullantıdan sənət əsərlərinin yaradılması müasir dövrdə “alternativ incəsənət”, şablon və qaydalara etiraz kimi dəyərləndirilir. Bu istiqamətin sənətkarları metal, kağız, plastik, rezin və müxtəlif məişət tullantılardan istifadə etməklə maraqlı və ibrətamiz əsərlər yaradıblar.
“Tullantıdan sənətə” sərginin keçirilməsində əsas məqsəd “Yer bizim evimizdir və biz onun qayğısına qalmalıyıq” mesajını ictimaiyyətə çatdırmaqdır.

Sərgidə Almaniya, ABŞ, Estoniya, Rumıniya, Litva, Gürcüstan, Belarus və həmçinin Azərbaycan sənətkarlarının qəzet, kağız, ev təsərrüfatında istifadəyə yararsız texnika və əşyalar, şin, maşın şüşələri, şüşə qablar, metal və digər tullantı materiallarından hazırlanmış əl işləri nümayiş etdirilir. Bildirilib ki, “Xalça”, “Qızıl otaq”, "Yumşaq mebel", "Motosiklet" və digər kompozisiyalar sərgi iştirakçılarının zövqünü oxşayacaq.

Sərgi 2 iyun tarixindən ictimaiyyətə açıq olacaq və 10 iyun tarixinədək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR