Bank Of Baku

“Bakının seysmik mikrorayonlaşdırılması üzrə risk xəritəsi”nin detalları açıqlanıb

“Bakının seysmik mikrorayonlaşdırılması üzrə risk xəritəsi”nin detalları açıqlanıb
# 30 may 2012 14:37 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında bildirib ki, xəritədə Bakı şəhərinin ayrı-ayrı zonaları üzrə seysmik qiymətləndirmə aparılacaq: “Bundan sonra həmin ərazilərdə olan tikililərin qiymətləndirilməsi həyata keçiriləcək. Bu qiymətləndirmədə məqsəd güclü zəlzələ olacağı təqdirdə dağıntıya məruz qala biləcək tikililəri hazırlamaqdır. Layihə çərçivəsində paytaxtdakı bütün binaların pasportlaşdırılması həyata keçiriləcək. Xəritədə hətta hansı binada hansı növ tikinti materiallarından istifadə edilməsi, kommunikasiya, şəhərin digər infrastrukturları ilə bağlı qeydlər də yer alacaq”.

Q. Yetirmişli deyib ki, indiyədək Başı şəhəri üçün belə bir qiymətləndirmə aparılmayıb: “İşlər plana uyğun getsə, Bakının seysmik riskinin qiymətləndirilməsinə gələn ildən başlanacaq. Bakının geoloji quruluşu o qədər mürəkkəbdir ki, hər bir sahənin özünün seysmik xüsusiyyətləri var. Bakıda 8 və 9 ballıq ərazilər var. Qiymətləndirmə Xəzər dənizində olan zəlzələ ocaqlarının təsirinə görə aparılacaq. Çünki quru ərazidə demək olar ki, zəlzələ ocaqları yoxdur. Bakı şəhəri üçün təhlükə ancaq Xəzərdə olan ocaqlardan yaranır”.

Qeyd edək ki, dünən Bakıda Yaponiyanın OYO Beynəlxalq Şirkətinin nümayəndələri ilə “Bakının seysmik mikrorayonlaşdırılması üzrə risk xəritəsi” layihəsinin hazırlanması üzrə yekun müzakirələr keçirilib. Görüşdə sənədin bu ilin avqustunda Yaponiya hökumətinə təqdim olunması barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR