Bank Of Baku

Azərbaycanda əlilliyin müəyyən edilməsi üçün göndəriş forması TSEK-lərə elektron qaydada təqdim olunacaq

Azərbaycanda əlilliyin müəyyən edilməsi üçün göndəriş forması TSEK-lərə elektron qaydada təqdim olunacaq
# 31 may 2012 08:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Səhiyyə Nazirliyinin müvafiq strukturlarının əməkdaşları ilə birgə əlilliyin müəyyən edilməsi üçün səhiyyə müəssisələri tərəfindən 88 nömrəli göndəriş formasının Tibbi-sosial ekspert komissiyalarına (TSEK) elektron qaydada təqdim olunması ilə bağlı texniki məsələlər müzakirə olunub.

ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov səhiyyə müəssisələri tərəfindən verilən 88 nömrəli göndəriş formasının əlillik müayinəsinin aparılması üçün ən ilkin və vacib sənəd olduğunu deyib. Onun sözlərinə görə, vətəndaş tərəfindən TSEK-ə elektron qaydada müraciət zamanı həmin göndəriş formasının skan edilmiş şəkildə təqdim olunması həm vaxt itkisi, həm də texniki baxımdan çətinliklər yarada biləcək.

Qeyd olunub ki, hazırda “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu” e-xidmətin tətbiqi işləri aparılır. Bu xidmət əlillik təyinatlarının aparılması prosesində vətəndaşlarla TSEK əməkdaşları arasında birbaşa ünsiyyətin minimuma endirilməsində, əlillik qruplarının təyinatı ilə bağlı qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılmasında, əlillərin tibbi-sosial reabilitasiya xidmətlərindən yararlanması prosedurlarının sadələşdirilməsində xüsusi önəm kəsb edir. Elektron xidmətin tətbiqi üçün müvafiq strukturların maddi-texniki bazası gücləndirilib, həmçinin Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində həmin strukturlar kompyuter avadanlıqları ilə təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR