Bank Of Baku

Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” çalınıb - FOTOSESSİYA - VİDEO

Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” çalınıb - <font color=red>FOTOSESSİYA - VİDEO</font>
# 31 may 2012 10:27 (UTC +04:00)
Təhsil naziri Misir Mərdanovun əmrinə əsasən, tədbirlərin üç saat müddətində yalnız təhsil müəssisənin ərazisində keçirilməsinə icazə verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, paytaxtda da “Son zəng” məktəblərin ərazisində olub. “Son zəng”lə bağlı heç bir narahatlıq olmayıb, “Qaynar xətt”ə müraciət edilməyib: “Bakının təhsil müəssisələrində “Son zəng” tədbirləri başa çatıb. Təhlükəsizlik tədbirləri yüksək səviyyədə yəmin edildiyindən heç bir insident, xoşagəlməz hadisə olmayıb”.

Z. Əliqızı məzunlara və valideynlərə bir daha müraciət edərək bildirib ki, bu gün məktəblərdə keçirilən “Son zəng” tədbirlərindən kənar hər hansı yerdə keçirilən tədbirdə baş verəcək hadisə üçün BŞTİ məsuliyyət daşımır: “Bu gün şagirdlər müxtəlif gəzintilər, şadlıq evləri və kafelərdə şənliklər keçirilə bilər. Lakin həmin tədbirlərdə neqativ hallar baş verərsə, bunun məsuliyyəti valideynlərin və şənlikləri təşkil edərək uşaqları ora aparan insanların üzərinə düşəcək”.

Qeyd edək ki, 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 92178 şagird bitirəcək. Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayının 786 nəfər olacağı gözlənilir. 2011-2012-ci tədris ilində Bakı şəhərindəki əyani ümumi təhsil məktəblərinin XI sinfini 24285, IX sinfini isə 33977 şagird bitirəcək.

2011-2012-ci dərs ilində ölkə üzrə I sinif şagirdlərinin sayı 125807 nəfər olub. 2012-2013-cü tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 130454 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR