Bank Of Baku

Sabahdan Azərbaycan ərazisində geniş miqyaslı arxeoloji ekspedisiyalara başlanır

Sabahdan Azərbaycan ərazisində geniş miqyaslı arxeoloji ekspedisiyalara başlanır
# 31 may 2012 12:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sabahdan ölkə ərazisində geniş miqyaslı arxeoloji ekspedisiyalara başlanacaq. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova APA-ya açıqlamasında bildirib ki, ilk olaraq Azərbaycanın müxtəlif bölgələrinə 7 arxeoloji ekspedisiya göndəriləcək: “Bu il ümumilkdə 40-a yaxın arxeoloji ekspedisiya olacaq. Eneolit dövrü üzrə Goranboya iki ekspedisiya yola salınacaq. Antik-ilk orta əsrlər üzrə Bərdədə, antik dövr üzrə Naxçıvanda, Tovuzda ekspedisiyalar araşdırma aparacaqlar. Bu il arxeoloji ekspedisiyalar üçün nəzərdə tutulan məbləğ hələ tam köçürülməyib. Gələn ayın sonuna qədər qalan ekspedisiyalar da yola salınacaq”.

M. Rəhimova bildirib ki, bu il Şabran rayonuna da yeni ekspedisiya göndəriləcək: “Son 20 ildə orada qazıntılar dayandırılıb. Bu il kəşfiyyat xarakterli qazıntılar aparılacaq”.

Bu il Qarabağ ərazisində 3 arxeoloji ekspedisiya fəaliyyət göstərəcək. Ekspedisiyalar Ağcabədidə Qalatəpə deyilən ərazidə antik dövrə, Kamiltəpədə almanlarla birgə neolit-eneolit dövrünə, Ağdamda eneolit-tunc dövrünə aid qazıntılar aparacaqlar: “Bunlar kifayət deyil. Gələcəkdə Qarabağda arxeoloji ekspedisiyaların sayı daha da artırılacaq”.

İnstitut direktoru qeyd edib ki, bu il Lerik və Lənkəran rayonlarında yenidən qazıntılara başlanacaq: “Vaxtilə Fransanın Sen-Jermen muzeyinin əməkdaşı Jak de Morqan həmin ərazidə qazıntılar aparıb və hazırda bu materiallar sözügedən muzeydə nümayiş olunur. Sen Jermen muzeyinin direktoru ilə yenidən müqavilə bağlanılıb. İyunun 15-də muzeyin nümayəndələri Azərbaycana gəlməlidirlər. İyunun 20-dən sonra həmin ərazidə tədqiqatlara başlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR