Bank Of Baku

GİN yanında Gənclərlə İş üzrə İctimai Şurasında “Dövlət gənclər siyasəti” haqqında qanunun təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunub - FOTO

GİN yanında Gənclərlə İş üzrə İctimai Şurasında “Dövlət gənclər siyasəti” haqqında qanunun təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunub - <font color=red>FOTO</font>
# 31 may 2012 13:09 (UTC +04:00)
Bakı – APA. Gənclər və İdman Nazirliyi (GİN) yanında Gənclərlə İş üzrə İctimai Şuranın növbəti iclası keçirilib. İclasın keçirilməsində məqsəd “Dövlət gənclər siyasəti” haqqında qanunun təkmilləşdirilməsi, “Virtual Qarabağ” İnformasiya Texnologiyaları və Kommunikasiya Mərkəzinin yaradılması və Gəncənin 2015-ci ildə Avropa paytaxtı kimi seçilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi və təkliflərin hazırlanması olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şuranın sədri Nurəddin Mehdiyev cari məsələlər barədə məlumat verib, sözügedən məsələlərlə bağlı gənclər təşkilatlarının aktiv olmasının, onlar tərəfindən təkliflərin təqdim olmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, bununla da gənclər təşkilatları dövlət gənclər siyasətinin həyata keçirilməsinin fəal iştirakçısına çevrilir.

GİN-in gənclərlə iş üzrə şöbə müdiri İndira Haciyeva çıxışında qanunun təkmilləşdirilməsi işinə beynəlxalq ekspertlərin cəlb olunduğunu, gənclər siyasəti ilə bağlı məsələlərin həllində vətəndaş cəmiyyətinin böyük rol oynadığını diqqətə çatdırıb.

İclas zamanı “Dövlət gənclər siyasəti” haqqında qanunun təkmilləşdirilməsi, “Virtual Qarabağ” İnformasiya Texnologiyaları və Kommunikasiya Mərkəzinin yaradılması və Gəncənin 2015-ci ildə Avropa paytaxtının seçilməsi ilə bağlı gənclər təşkilatlarının fikir, rəy və təklifləri dinlənilib.

Müzakirə olunan məsələlərlə bağlı təkliflər paketi hazır olduqdan sonra GİN rəhbərliyinə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR