Bank Of Baku

Yevlaxda miqrasiya məsələlərinə həsr olunmuş növbəti tədbir keçirilib

Yevlaxda miqrasiya məsələlərinə həsr olunmuş növbəti tədbir keçirilib
# 31 may 2012 15:11 (UTC +04:00)
Bakı-APA. Bu gün Dövlət Miqrasiya Xidməti (DMX) və Yevlax şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə miqrasiya məsələlərinə həsr olunmuş regional müşavirə keçirilib. DMX-dən APA-ya verilən məlumata görə, müşavirədə Yevlaxla yanaşı Tərtər, Bərdə, Ağdam, Mingəçevir, Zərdab, Ağcabədi, Ucar, Beyləqan və Füzuli rayonlarının hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, icra hakimiyyətlərinin məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və yerli sahibkarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Yevlax şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov açıb. DMX-in baş idarə rəisi İsmayıl Abdullayev çıxış edərək bildirib ki, son illər ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində iqtisadiyyatın bütün sahələri sürətlə inkişaf edir. Bu amil Azərbaycan Respublikasını xarici investorlar və əməkçi miqrantlar üçün cəlbedici ölkəyə çevirib.

İ. Abdullayev Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olmasını, müvəqqəti və daimi yaşamasını, onların haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsini tənzimləyən normativ-hüquqi aktların müddəaları barədə iştirakçılara ətraflı məlumat verib. Müşavirənin sonunda iştirakçıları maraqlandıran suallar Xidmətin vəzifəli şəxsləri tərəfindən cavablandırılıb.
DMX tərəfindən ictimaiyyətin miqrasiya sahəsində məlumatlandırılmasına dair tədbirlər digər regionlarda da davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR