Komitə sədri: “Uşaq problemləri üzrə Koordinasiya Şurasının yaradılması barədə təkliflər hazırdır”

Komitə sədri: “Uşaq problemləri üzrə Koordinasiya Şurasının yaradılması barədə təkliflər hazırdır”
# 01 iyun 2012 08:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Azərbaycanda uşaq problemləri üzrə Koordinasiya Şurasının yaradılması ilə bağlı təkliflər hazırdır. APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Komitə sədri bildirib ki, şura Azərbaycanda uşaq problemlərinin həllinə dair təkliflər hazırlayacaq və mexanizmlər işləyəcək.

H. Hüseynova küçə uşaqları barədə danışaraq bunun təkcə dövlətin deyil, həm də cəmiyyətin problemi olduğunu vurğulayıb. Komitə sədri, bu işdə ən böyük məsuliyyətin valideynlərin və cəmiyyətin üzərinə düşdüyünü deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR