Elmira Süleymanova bir sıra rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına baxış keçirib

Elmira Süleymanova bir sıra rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına baxış keçirib
# 02 iyun 2012 11:30 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsman Elmira Süleymanova və onun işgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan regional mərkəzlərinin əməkdaşları Şəki, Qəbələ, Bərdə və Quba rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına baxış keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saxlanılan şəxslərlə təkbətək söhbət aparılıb, onlara hüquqları izah olunub, saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər yoxlanılıb. Habelə MPM barədə ətraflı məlumat verilib, saxlanma şəraitinin müvafiq normalara uyğunluğu, həmin şəxslərin vəkillə təmin olunması, hər hansı kobud rəftara məruz qalıb-qalmaması, tibbi yardımın göstərilməsi, saxlanma şəraiti ilə əlaqədar kameraların normal işıqlanma və ventilyasiyası, ibadət otağının olması, gündəlik isti yeməyin verilməsi, gigiyena tələblərinə riayət edilməsi vəziyyəti yoxlanılıb.

Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq bildirməyiblər.

Baxış zamanı adı çəkilən müvəqqəti saxlanma təcridxanalarının şəraitinin standartlara uyğun olduğu, habelə Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin, Oğuz və Ağcabədi Rayon Polis Şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında təmir işlərinin davam etdirildiyi müəyyən edilib.

Ombudsman baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib, onlara MPM-in vəzifələrini izah edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR