Ali məktəblərin boş qalan yerlərinə və orta ixtisas məktəblərinə müsabiqədə iştirak etmək üçün 5082 nəfər ərizəsini təsdiqləyib
21 avqust 2012 08:46 (UTC +04:00)
APA-nın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) saytına istinadən verdiyi məlumata görə, onlardan 4686-sı Azərbaycan, 1396-sı rus bölməsi üzrədir. I ixtisas qrupu üzrə 1198, II qrup üzrə 911, III qrup üzrə 2278, IV qrup üzrə isə 695 nəfər ərizəsini təsdiqləyib.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci, ali təhsil müəssisələrindəki boş yerlərin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub.
2012/2013-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, bu il üçün ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olunub, qəbul planı 94% dolub. 2000-dək vakant yer qalıb. Vakant yerlərə ixtisas seçimi avqustun 19-dan 23-dək internet vasitəsilə aparılacaq.

Sosial
25 minə yaxın şagird və abituriyent Azərbaycan dili fənnindən imtahan verəcək
07:17
12 may 2024
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
07:06
12 may 2024
DİN-dən XƏBƏRDARLIQ: Sosial şəbəkələrdə yalan vədlər tüğyan edir - VİDEO
21:45
11 may 2024
NİİM Zığ şosesində aparılan təmirlə bağlı müraciət edib
19:56
11 may 2024