Bank Of Baku

TQDK magistraturaya və ali məktəblərə qəbul olanlara xəbərdarlıq edib

TQDK magistraturaya və ali məktəblərə qəbul olanlara xəbərdarlıq edib
# 22 avqust 2012 12:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarında boş qalan plan yerlərinə qəbul olanlar 24 avqust saat 17:00-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Ali təhsil müəssisələrinə qəbul olmuş şəxslər isə avqustun 23-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR