Bank Of Baku

Xaçmazda əmək yarmarkası keçirilib

Xaçmazda əmək yarmarkası keçirilib
# 22 avqust 2012 13:22 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmaz rayonunda əmək yarmarkası təşkil olunub. Yarmarkada 28 müəssisə 416 vakant iş yeri təklif edib. Onların 12-si dövlət, qalanları isə özəldir. Dövlət müəssisələrində 279, özəl müəssisələrdə isə 82 vakant iş yeri təklif olunub.

APA-nın Şimal bürosunun məlumatına görə, təklif olunan 416 iş yerindən 330-u daimi, 86-sı isə mövsümü iş yerləridir. Əmək haqqının məbləğinə gəlincə, bu rəqəm minimum 95 manat, maksimum 400 manat təşkil edib.

Yarmarkanın təşkil olunmasında məqsəd ixtisası üzrə iş tapa bilməyənlərə yardım etmək və boş qalan iş yerləri haqqında məlumat verməkdir. Nəticədə, 380 işaxtarandan 76 nəfərinə iş yerlərinə göndəriş verilib, 18 nəfər isə peşə kurslarına cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR