Bank Of Baku

Azərbaycanda ali məktəblərin boş qalan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başa çatıb - YENİLƏNİB

Azərbaycanda ali məktəblərin boş qalan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başa çatıb - <font color=red>YENİLƏNİB</font>
# 24 avqust 2012 07:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda ali məktəblərin boş qalan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas müəssisələrinə ixtisas seçimi başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, müsabiqədə iştirak etmək üçün 12522 abituriyent sənəd verib. Onlardan 11413 nəfəri Azərbaycan, 1109 nəfəri isə rus bölməsinin abituriyentidir. Abituriyentlərin 3008 nəfəri I, 2731 nəfəri II, 5490 nəfəri III, 1293 nəfəri isə IV ixtisas qrupu üzrə sənəd verib.

Müsabiqənin nəticələri yaxın günlərdə elan ediləcək.

Bu il ali məktəblərdə 1924 plan yeri vakant qalıb. Bu il II ixtisas qrupunda qəbul planı 100 faiz yerinə yetirilib. I ixtisas qrupunda 799, III qrupda 510, IV qrupda 615 plan yeri boşdur.

Ali məktəblərin cari ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı 94 faiz dolub.

Cari ildə 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan 7174-ü Azərbaycan bölməsi, 36 yer isə rus bölməsinin abituriyentləri üçün, 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR