Bank Of Baku

ETSN Zaqatala meşələrinin qırılması barədə yayılan məlumatlara münasibət bildirib

ETSN Zaqatala meşələrinin qırılması barədə yayılan məlumatlara münasibət bildirib
# 24 avqust 2012 09:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Zaqatala meşələrinin qırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirmək üçün monitorinq keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yayılan məlumatı araşdırmaq üçün ETSN tərəfindən komissiya yaradılıb. Komissiya üzvlərinin iştirakı ilə Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) xidməti ərazisinə aid olan Car meşəbəyliyinin 4, Muğanlı meşəbəyliyinin 7, Əliabad meşəbəyliyinin 2, Tala meşəbəyliyinin 3, Muxax meşəbəyliyinin 7, Danaçı meşəbəyliyinin 3 saylı dolaylarındakı ümumilikdə 3029 hektar sahədə meşələrin qorunub mühafizə olunmasını yoxlamaq məqsədilə monitorinq keçirilib. Monitorinq zamanı meşələrin mühafizəsinin və bərpasının qənaətbəxş həyata keçirildiyi müəyyənləşdirilib. Belə ki, baxış keçirilmiş ümumilikdə 3029 hektar sahədən cəmi 11 ədəd kiçik diametrli ağacın özbaşına kəsilməsi faktı aşkar edilib və komissiya üzvləri tərəfindən müvafiq akt tərtib edilərək təbiətə dəymiş 46,94 manat məbləğində ziyan təqsirkarlar tərəfindən ödənilib. Zaqatala MMBM-nin meşə fondu ərazisi 54 min hektardır, ümumi ağacların sayı isə 40 milyon ədəddən artıqdır: “Bu sahədə çalışan mütəxəssislər yaxşı bilirlər ki, belə geniş ərazidə qeyd olunan miqdarda ağacın kəsilməsi kütləvi qırıntı kimi səciyyələndirilə bilməz”.

Araşdırma zamanı Zaqatala MMBM-nin ərazisində meşəbərpa tədbirlərinin həyata keçirildiyi, geniş sahələrdə ağac tingliklərinin əkildiyi və meşələrin ciddi şəkildə mühafizə olunduğu müəyyən edilib. Müşahidələr zamanı meşə əkini aparılmayan yerlərdə insanların fəaliyyətinin, həmçinin mal-qaranın hərəkətinin məhdudlaşdırılması hesabına milyonlarla təbii bərpadan əmələ gəlmiş ağac qeydə alınıb. Rayonun Yuxarı Tala, Makov, Aşağı Tala, Əlibayramlı və Muğanlı kəndlərində mövcud olan ağac emalı sexlərinə də baxış keçirilib və həmin sexlərdə yerli meşə materiallarının olmadığı müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR