Bank Of Baku

Azərbaycanda ali məktəblərin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başa çatıb

Azərbaycanda ali məktəblərin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başa çatıb
# 24 avqust 2012 14:14 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar bu gün saat 17:00-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməli idilər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 667 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 346 nəfər magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR