Bank Of Baku

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyatına avqustun 27-dən başlanacaq

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyatına avqustun 27-dən başlanacaq
# 24 avqust 2012 15:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyatına avqustun 27-dən başlanacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, qeydiyyat sentyabrın 5-dək davam edəcək.

Abituriyentlər həmin müddətdə sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR