Bank Of Baku

® Beynəlxalq Yaşlılar günündə “Zəfəran” apteklərində təqaüdçülərin təzyiqləri pulsuz ölçüləcək

<font color=red>® </font>Beynəlxalq Yaşlılar günündə “Zəfəran” apteklərində təqaüdçülərin təzyiqləri pulsuz ölçüləcək
# 01 oktyabr 2012 07:14 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycanda ən iri apteklər şəbəkəsi olan “Zəfəran” Bakıda Beynəlxalq Yaşlılar gününə həsr olunmuş xüsusi aksiya keçirəcək.

Şəbəkədən “APA-Economics”ə verilən xəbərə görə, oktyabrın 1-dən 7-dək bütün arzu edənlər istənilən “Zəfəran” aptekində güzəştlə “Boso” və “Medel” markalı avtomatik və mexaniki tonometrləri əldə edə bilərlər.
Aksiyanın məqsədi yaşlı alıcıların nəzərinə sağlamlığa nəzarətin vacibliyini çatdırmaq, gənclərə qayğı və yardıma ehtiyacı olan yaşlı nəslin problemlərini bir daha xatırlatmaqdır. “Bütün əziz və bizə yaxın insanları - ahıl, müdrik nəsli təbrik edir və onlara öz minnətdarlığımızı bildiririk. Onların sağlamlığına diqqət və qayğı kimi alıcılarımıza çox vacib və faydalı əşya olan tonometri xüsusi əlverişli qiymətə təklif edir, həmçinin apteklərimizin birində tamamilə pulsuz arterial təzyiqi ölçməyi və əczaçının tövsiyələrini almağı təklif edirik” - deyə “Zəfəran” apteklər şəbəkəsinin açıqlamasında bildirilir.

Qeyd edək ki, Almaniya (“Boso”) və İtaliyanın (“Medel”) istehsalı olan elektron tonometrlərini böyük təcrübə və mükəmməl tədqiqatlar nəticəsində əldə edilən qüsursuz keyfiyyət və dəqiqlik fərqləndirir. Şirkət tərəfindən daim işlənib hazırlanan innovasiya texnologiyaları və modellərin təkmilləşdirilməsi zamanı tonometrlər on illərlə öz etibarlığını saxlayırlar.

“Zəfəran”ın aşağıdakı apteklərində pulsuz təzyiq ölçdürmək və peşəkar məsləhət almaq olar:

1.E.X.Xoyskiy küç. 5 (5 saylı kliniki xəstəxananın yanı)
Telefon (+994 12) 564 58 00

1.M.Hadi küç., 23 (“Əhmədli” m.)
Telefon (+994 12) 376 04 15

2.Mərdəkan qəsəbəsi
Telefon (+99412) 454 82 89

3.M.Həsənov küç., 1 (Respublika xəstəxanasının yanında)
Telefon (+994 12) 431 87 00

4.M.Mehdizadə küç., 14 (Neftçilər xəstəxanasının yanında)
Telefon (+994 12) 596 88 11

(+99412) 566 80 33 nömrəli telefona yaxud şəhər telefonundan və istənilən mobil operator nömrəsindən * 88 11 qaynar xətt telefonu ilə zəng etməklə əlavə məlumat almaq olar.

Aksiya barədə şərhi «Zəfəran»ın http://www.facebook.com/zeferanaptek sosial şəbəkəsindəki rəsmi səhifəsində və ya şirkətin http://www.zeferanaptek.az saytında qoymaq olar.

Xatırladaq ki, “Zəfəran” 2008-ci ilin dekabr ayında yaradılmış, Bakıda və Azərbaycanın regionlarında fəaliyyət göstərən müasir apteklər şəbəkəsidir. Hazırda “Zəfəran” apteklər şəbəkəsi Azərbaycanın 25 şəhərində mövcuddur və buraya 60-dək aptek daxildir. Müxtəlif imkanlı və müxtəlif gəlirləri olan alıcıların geniş dairəsi üçün nəzərdə tutulan apteklər şəbəkəsi aparıcı xarici istehsalçıların 10 000-dən artıq çeşidini təklif edir. “Zəfəran” apteklər şəbəkəsi Azərbaycan Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş yalnız sertifikatlaşdırılmış əczaçılıq məhsulları ilə işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR