Bank Of Baku

Bakıda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi qarşı mübarizəyə dair təlim kursu keçirilir

Bakıda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi qarşı mübarizəyə dair təlim kursu keçirilir
# 01 oktyabr 2012 09:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Bakıda gələcək hakimlər üçün çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi qarşı mübarizəyə dair təlim kursu keçirilir. APA-nın məlumatına görə, kurs Məhkəmə-Hüquq Şurasının dəstəyi ilə ATƏT-in Bakı Ofisi tərəfindən təşkil olunub.

Kursun əsas məqsədi hakimləri qeyq olunan sahələrdə ATƏT üzvü ölkələrin mövcud praktikası və beynəlxalq hüquqi baza ilə tanış etməkdir. Treninqlərin açılış mərasimində çıxış edən ATƏT-in Bakı Ofisinin department rəhbəri Emmanuel Xuntzinqer bildirib ki, ofis maliyyə nəzarət mexanizmlərinin möhkəmləndirilməsi və çirkli pulların yuyulması ilə mübarizədə beynəlxalq standartların tətbiqində Azərbaycan hökumətinə dəstək verməyə can atır.

Qeyd edək ki, Azərbaycan 2009-cu ildən başlayaraq çirkli pulların yuyulması və terrorçu fəaliyyətin maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində bir sıra tədbirlər görüb, o cümlədən bu məsələ ilə bağlı müvafiq qanunvericilik formalaşdırıb, mövcud hüquqi bazaya müvafiq dəyişikliklər edib, Mərkəz Bank yanında maliyyə monitorinq xidməti yaradıb. 2011-ci ilin iyulunda bu xidmət dünya maliyyə kəşfiyyatının qeyri-rəsmi birləşməsi sayılan “Eqmont qrupu”na üzv qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR